İranın keçmiş prezidenti Məhəmməd Hatəmi ölkədə 3 aydır aksiyalar keçirən etirazçılara dəstək verib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Hatəmi açıqlama yayıb.
Onun sözlərinə görə, İran cəmiyyəti "Qadın, həyat, azadlıq" şüarı ilə daha yaxşı gələcək arzusunu nümayiş etdirir.
"Azadlıq və təhlükəsizlik bir-birinə zidd olmamalıdır. Təhlükəsizlik naminə azadlıq pozula bilməz və azadlıq naminə təhlükəsizliyə laqeyd yanaşmaq olmaz", - deyə sabiq prezident bildirib.
Qeyd edək ki, Hatəmi 1997-2005-ci illərdə İranın prezidenti olub.
Ağarza Elçinoğlu