Məşrutə inqilabının əsas liderlərindən biri və xalq qəhrəmanı Səttar Xanın qohumu olan İsfəndiyar Qarabaği vəfat edib.
"Unikal" İran KİV-lərinə istinadən xəbər verir ki, "İnqilabın səsi" ləqəbli azərbaycanlı 79 yaşında xəstəlik səbəbindən dünyasını dəyişib.
Tanınmış mədəniyyət xadimi olan Qarabaği Təbrizdə doğulmuş və Səttar xanın nəslindən olan müğənnilik üzrə doktorluq dərəcəsi almış yeganə şəxsdir.
Atası Qoli Xan Salar yeddi dil bilən Azərbaycan ziyalılarından biri idi.
Ağarza Elçinoğlu