İranın keçmiş yollar və şəhərsalma naziri Rüstəm Qasemi uzun sürən xərçəng xəstəliyindən sonra bu gün səhər saatlarında vəfat edib.

"Unikal" xəbər verir ki, ISNA-nın məlumatına görə, bu xəbəri Rüstəm Qaseminin yaxınları təsdiqləyib.

O, xəstəliyi səbəbindən iki ay əvvəl prezidentdən istefaya razılıq verməsini istəyib. Prezident istefaya razılıq verdikdən sonra o, dərhal ciddi müalicə prosesinə başlayıb. 

Ağarza Elçinoğlu