Aİ-nin Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaar Türkiyəyə gedir.
"Unikal" xəbər verir ki, o, bu barədə "Twitter" səhifəsində Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüşdən foto dərc edib və Ermənistana səfəri yekunlaşdırıb.
O bildirib ki, hazırda Türkiyəyə gedir.
Xatırladaq ki, Klaar Ermənistana gəlməmişdən əvvəl Azərbaycanda olub.