"Qərb dövlətləri bilərəkdən beynəlxalq vəziyyəti gərginləşdirir və onların dominantlığı saxlamaq cəhdləri dünyada münaqişə potensialının artmasına gətirib çıxarır".
"Unikal" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Bişkekdə Avrasiya İqtisadi İttifaqının (Aİİ) sammitindəki çıxışında deyib.
Onun sözlərinə görə, Qərb ölkələri bilərəkdən “xaosu çoxaltmağa” çalışırlar.
"Dünyada münaqişə potensialı artır və bu, bəzi Qərb elitalarının öz siyasi, iqtisadi, maliyyə, hərbi və ideoloji üstünlüklərini istənilən yolla saxlamaq cəhdlərinin birbaşa nəticəsidir", - Rusiya prezidenti vurğulayıb.
Bundan əvvəl Putin xaricdə rus mədəniyyətini məhdudlaşdırmaq cəhdlərini tənqid edərək, onları “cəfəngiyyat” adlandırıb. Onun sözlərinə görə, “belə məhdudiyyətlər qoyanlar” “özlərini dünya mədəniyyətinin bir hissəsindən məhrum edən” “axmaqlardır”.
Gülayə Mecid