Rusiya “taxıl dəhlizinin” işini bilərəkdən ləngidir, nəticədə gəmilərin gözləmə müddəti 3-5 həftəyə qədər artır və hər ay bir neçə milyon ton Ukrayna kənd təsərrüfatı məhsulu az ixrac olunur.
"Unikal" xəbər verir ki, bunu prezident Volodimir Zelenski İstanbulda keçirilən "TRT World" Forumunda deyib.
“İndi ixrac üçün 13 milyon tondan çox kənd təsərrüfatı məhsulumuz var və biz on milyonlarla ton əlavə verə bilərik. Taxıl ixracı təşəbbüsündə iştirak edən limanlarımız yalnız yarı gücü ilə işləyir. Bu da yalnız ona görədir ki, Rusiya ixracın reallaşmasını ləngidir, gəmiləri yoxlamalar gözləyir. Bu günə olan məlumata görə, 80-dən çox gəmi gözləyir”, - deyə Zelenski bildirib .