"Avropa İttifaqında işsizlik Avrasiya İqtisadi İttifaqından yeddi dəfə çoxdur".
"Unikal" xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.
“2022-ci ilin doqquz ayı ərzində Avrasiya İqtisadi Əməkdaşlıq Təşkilatına daxil olan ölkələrdə işsizliyin səviyyəsi 18 faiz əhəmiyyətli dərəcədə azalıb ki, bu da bir faizdən bir qədər çox, ümumi işçi qüvvəsinin 1,1 faizini təşkil edir. Həmkarlarımın diqqətinə çatdırıram ki, işsizliyin səviyyəsi ümumilikdə iqtisadiyyatın vəziyyətinin əsas göstəricilərindən biridir”, - deyə o, Avrasiya İqtisadi Şurasının Bişkekdə keçirilən iclasında bildirib.
Onun sözlərinə görə, Avropa İttifaqında işsizlik 7 faizdir.