Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bazar günü Rusiya prezidenti Vladimir Putin və ukraynalı həmkarı Volodimir Zelenski ilə telefon danışığı aparacaq.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə lideri açıqlamasına görə, danışıqlarda BMT-nin dəstəklədiyi taxıl ixracı sazişi müzakirə ediləcək.
"Türkiyənin Ukrayna ilə bağlı diplomatik səylərinin əsası budur ki, müharibənin qalibi, sülhün isə uduzan tərəfi ola bilməz", - Ərdoğan İstanbulda təşkil edilən konfransda deyib.
Ağarza Elçinoğlu