"Ukraynada nizamlanma prosesinin çətin və uzun sürəcək".
"Unikal" xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Avrasiya İqtisadi İttifaqının Ali Şurasının iclasından sonra mətbuat konfransı zamanı bildirib.
“Mən nizamlanma prosesinin müddətini nəzərdə tuturdum. CBO həmişəki kimi davam edir, orada hər şey stabildir. Amma bütövlükdə həll prosesi, bəli, asan olmayacaq, müəyyən vaxt aparacaq. Bu və ya digər şəkildə bu prosesin bütün iştirakçıları yer üzündə formalaşan reallıqlarla razılaşmalı olacaqlar”, - deyə prezident deyib.
Bundan əvvəl Putin ŞƏT və MDB-yə üzv dövlətlərin müdafiə nazirlikləri rəhbərlərinin iclasının iştirakçılarına videomüraciətində bildirmişdi ki , bir neçə ildir ki, Qərb Ukraynanın ehtiyatlarını “həyasızcasına çıxarıb və istismar edib” və bu ölkəni öz koloniyasına çevirib. İndi Qərb ölkələri Ukrayna xalqından “ Rusiyaya qarşı qoç ” kimi istifadə edir, Kiyevi “intihar yoluna” itələyir.
Gültəkin Ələsgər