ABŞ “Maqnitksi Aktı” çərçivəsində Çin şirkətlərinə sanksiya tətbiq edib.
"Unikal" TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, insan haqlarının pozulması ilə əlaqədar Maliyyə Nazirliyi iki şəxsin və bir neçə Çin şirkətinin adını sanksiyalar siyahısına əlavə edib.
Qeyd olunub ki, Li Zhenyu və Xinrong Zhuo və onlara məxsus "Dalian Ocean Fishing" və "Pingtan Marine Enterprise" sanksiyalar siyahıya əlavə edilib.
Bundan əlavə, sanksiyalara məruz qalan şirkətlərlə əlaqəli Çin bayrağı altında üzən 157 gəmiyə məhdudiyyət qoyulub.