Birləşmiş Ştatlar Ukraynaya yeni yardım paketi çərçivəsində HIMARS döyüş sursatı, 155 mm-lik NATO çaplı güllələri və İHA əks-tədbir sistemləri göndərəcək.
"Unikal" xəbər verir ki, bu barədə Pentaqonun yaydığı bəyanatda bildirilir.
“Bu təhlükəsizlik yardım paketi Ukraynaya hava hücumundan müdafiəni gücləndirmək üçün yeni imkanlar verəcək. Bu paket çərçivəsindəki imkanlara aşağıdakılar daxildir: yüksək mobil artilleriya raket sistemləri (HIMARS) üçün əlavə döyüş sursatları; 80 min 155 mm-lik artilleriya mərmisi; pilotsuz uçuş aparatları ilə mübarizə üçün avadanlıq”, - məlumatda deyilir.
HIMARS (High Mobility Artillery Rocket System) çoxlu buraxılış raket sistemi ABŞ-da BAE Systems və Lockheed Martin şirkətləri tərəfindən 1996-2000-ci illərdə hazırlanmış və 2003-cü ildən istehsal edilmişdir. ABŞ ordusunun üç oxlu təkərli FMTV şassisi əsasında yaradılmış o, altı raket və ya bir ATACMS operativ-taktiki ballistik raketi daşıya bilir, müəyyən növ sursatlar üçün effektiv atəş məsafəsi 80 kilometrə qədərdir.