Goranboyda bıçaqlanma hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Faxralı kəndində qeydə alınıb.

1991-ci il təvəllüdlü E.Yəhyazadə bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə hadisə toyda baş verib. Hadisənin başvermə səbəbləri araşdırılır.

Tural Əhmədov