Avropa İttifaqı (Aİ) Şurası 2023-cü ildə Ukraynaya 18 milyard avro məbləğində maliyyə yardımının ayrılması üçün zəruri sənədlər paketini razılaşdırıb.
"Unikal" xəbər verir ki, bu barədə Aİ Şurasının qanunverici orqanın saytında dərc olunmuş məlumatında deyilir.
Məlumata görə, Ukraynaya kredit dəstəyinin göstərilməsi təklifi Şura tərəfindən şənbə günü, dekabrın 10-da yazılı şəkildə qəbul edilib və gələn həftə mümkün qəbul olunması üçün Avropa Parlamentinə təqdim olunacaq. 2023-cü ildə Ukraynaya veriləcək kredit 18 milyard avro təşkil edəcək və 10 illik güzəşt müddəti olacaq. Eyni zamanda, Aİ-yə üzv dövlətlər faiz xərclərinin əsas hissəsini ödəyəcəklər.
Ağarza Elçinoğlu