Peruda dekabrın 7-də keçmiş prezident Pedro Kastilyonun vəzifəsindən azad edilərək həbsxanaya göndərilməsindən sonra başlayan etirazlarda həyatını itirənlərin sayı 8-ə çatıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, paytaxt Lima da daxil olmaqla, Puno, Kusko, Tacna, Apurimac və Arekipa şəhərlərində toplaşan minlərlə insan ölkənin yeni prezidenti Dina Boluartenin istefasını tələb edir.
Polislə nümayişçilər arasında baş verən qarşıdurmada ölənlərin sayı 8-ə yüksəlib.
Ölkənin ən gur küçələrində yürüş edən etirazçıların təkər yandıraraq yolları bağladıqları, həmçinin polisə molotof kokteyli atdıqları öyrənilib.
Təhlükəsizlik qüvvələri də ara-sıra nümayişçilərə qarşı gözyaşardıcı qaz və şırnaqla müdaxilə edib, onlardan bəziləri saxlanılıb.
Seymur Əli