"Rusiya prezidenti Vladimir Putin Ukrayna üzərində qələbəni elan etmək arzusunda idi, lakin Ukrayna Silahlı Qüvvələri onun bu planlarının həyata keçməsinə imkan vermədi".
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Amerikanın Müharibənin Öyrənilməsi və Tədqiqatı İnstitutunun (İSW) hesabatında deyilir.
Bildirilir ki, Putin onu “narahat” suallardan gizlənməyə çalışır və ictimaiyyət qarşısında danışmaqdan qorxur.
"Putinin Rusiya Federasiyasına illik müraciətini təxirə salmaq barədə qərarı onun Ukraynaya hücumu zamanı davranışının artan tənqidi fonunda Rusiyanın informasiya məkanını formalaşdırmaq qabiliyyətinə hələ də əmin olmadığını göstərir. Putin artıq 2014-cü ilin martında fürsətdən istifadə edərək Krımın və Sevastopol şəhərinin qanunsuz ilhaqını elan etdiyi "Krım nitqi"ni səsləndirdi. Putin yəqin ki, yazın əvvəlində oxşar nəticəni gözləyirdi, ancaq müraciəti qeyri-müəyyən müddətə təxirə saldı", - İSW qeyd edib.
Gülayə Mecid