Dekabrın 15-də keçirilən ticarət zamanı avronun məzənnəsi mayın 30-dan bəri ilk dəfə olaraq 69 rublu ötüb.
"Unikal" xəbər verir ki, bu barədə Moskva birjasının məlumatında deyilir.
Ən yüksək nöqtədə Avropa valyutasının məzənnəsi 69,24 rubla çatıb. Moskva vaxtı ilə saat 08:01-ə olan məlumata görə, avro 69,12 rubla ticarət olunurdu. Dollar isə 64,72 rubl təşkil edir.
Ağarza Elçinoğlu