Rusiyanın İrkutsk vilayətinin Anqarsk şəhərində neft emalı zavodunda güclü yanğın  baş verib. 

"Unikal" xəbər verir ki, hadisə zamanı 2 nəfər ölüb, xəsarət alanların sayı 5 nəfərdir. 

Vilayətin qubernatoru İqor Kobzevun məlumatına görə, partlayışdan sonra yanğın 2,5 min kvadratmetr ərazini əhatə edib.

Baş verən qəzaya səbəb texnoloji qurğuların sistemlərinin qazla çirklənməsi olub.

Ağarza Elçinoğlu