Türkiyədə İstanbul Böyükşəhər Bələdiyyə Başçısı Əkrəm İmamoğlu haqqında verilən həbs cəzası və siyasi qadağa sənət aləmində də reaksiya ilə qarşılanıb.
"Unikal" xəbər verir ki, sənətçilər İmamoğluya sosial şəbəkə hesablarından dəstək olublar.
Belə ki, Genco Erkal, "Ədalət, qanun, hardasan?", Zülfü Livaneli “Bu qərarla İmamoğlu demokratiya medalı ilə təltif olundu”, Cem Yılmaz isə “Siyasət yoxdur ki, yumor olsun"- deyə reaksiya veriblər.
Bildirək ki, İmamoğlu Ali Seçki Komissiyasının üzvlərini təhqir etməkə ittiham olunur. Buna görə də Türkiyə məhkəməsi İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri onun barəsində 2 il 7 ay 15 gün həbs qərarı çıxarıb.