"Xalq öz maraqlarını daha yaxşı müdafiə etsəydi, SSRİ-nin dağılmasının qarşısını almaq olardı".
"Unikal" xəbər verir ki, bunu Rusiya Federasiyası Kommunist Partiyasının (KPRF) sədri Gennadi Zyuqanov "RİA Novosti"yə müsahibəsində bildirib.
Zyuqanovun fikrincə, əgər 1991-ci ildə “bir neçə cəsur komandir” tapılsaydı, “Belovejyadakı sui-qəsdçilər” və yeni Rusiyanın ilk prezidenti olmuş Boris Yeltsin həbs olunsaydı, o zaman ölkə dağılmazdı.
Onun sözlərinə görə, Sovet İttifaqının dövlət modeli inanılmaz dərəcədə uğurlu olub, çünki “190 xalqı və milləti öz bayraqları altına toplayan” ölkə “vahid dili, inancını və mədəniyyətini” məhv etməməyə nail olub.
Qeyd edək ki, dekabrın 30-da Sovet Sosialist Respublikaları İttifaqının yaranmasının 100 illiyi tamam olur.
Gülayə Mecid