Ermənistanın Dövlət Nəzarət Xidməti Xarici İşlər və İqtisadiyyat nazirliklərində yoxlamalara başlayıb.
"Unikal" “Joqovurd” qəzetinə istinadən xəbər verir ki, bütün dövlət strukturlarına, məmurlara təhvil verilən avtomobillər yoxlanılır. Məmurların avtomobillərinin katalizatorlarının oğurlanaraq satıldığına dair şübhələr var.