"Mənə verilən bu mənasız və qanunsuz cəzanı uğurumun mükafatı olaraq görürəm".
"Unikal" xəbər verir ki, bunu İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Ekrem İmamoğlu deyib.
"Bizdə bəzən heç bir uğur cəzasız qalmır. Belə bir baxış var. Mənə verilən bu mənasız və qanunsuz cəzanı uğurumun mükafatı kimi görürəm. İnsan başını önə əyəcək bir iş görəndə cümlələr boğazında ilişib qalır. Prezidentimizin hüzurunda birinci gün olduğu kimi, başımı dik tutub deyirəm. 2023-cü il çox yaxşı bir il olacaq, çox çalışacağıq, işimizi İstanbuldan etməyə davam edəcəyik. Biz işdəyik. Ölkəmiz üçün 2023-cü il bayram kimi bir il olacaq", - İmamoğlu bildirib.
Qeyd edək ki, Türkiyə məhkəməsi İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu barəsində 2 il 7 ay 15 gün həbs qərarı çıxarıb.
Ağarza Elçinoğlu