Rusiya Xarici İşlər Nazirliyi türkiyəli general-polkovnik Bəxtiyar Ersayın Azərbaycan müdafiə nazirinin müşaviri təyin edilməsinə münasibət bildirib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova dekabrın 15-də keçirilən brifinq zamanı erməni jurnalistin sualına cavabında bildirib.
Erməni jurnalistin təxribat xarakterli "Rusiya NATO üzvü olan bir ölkənin generalının Azərbaycan prezidentinin müşaviri təyin edilməsinə necə yanaşır" sualına Rusiya XİN sözcüsü belə cavab verib: "Mən sizinlə razı deyiləm. Mən təkcə Azərbaycanda deyil, Azərbaycan və Rusiya ilə qonşu olan digər ölkələrdə də xarici ölkələrin vətəndaşı olan müşavirlər görürəm. Ermənistanda da belə insanlar var. Ona görə də sizin məzəmmətinizi qəbul etmirəm. Hər bir ölkənin öz tərəfdaşları ilə hərbi və hərbi-texniki əməkdaşlığı inkişaf etdirmək suveren hüququ var. Eyni zamanda, biz hesab edirik ki, bu əməkdaşlıq üçüncü ölkələrə yönəlməməli və Cənubi Qafqazda qüvvələr balansını pozmamalıdır. Biz mütəmadi olaraq bu tezisi regiondakı tərəfdaşlarımızın diqqətinə çatdırırıq".
Ağarza Elçinoğlu