Litva hakimiyyəti ABŞ ilə silahlı qüvvələrinin tarixində ən böyük alqı-satqı müqaviləsini imzalayıb.
"Unikal" xəbər verir ki, bu barədə Litva müdafiə nazirliyi məlumat verib.
Hərbi müqavilənin şərtlərinə görə, respublika ordusu üçün 495 milyon dollar dəyərində bir neçə növ qurğu və HIMARS çoxlu raket buraxılış sistemi (MLRS) alınacaq. Onlardan bəziləri 300 kilometrə qədər məsafədəki hədəfləri vurmaq iqtidarındadır.
Razılaşmanı Litvanın müdafiə naziri Arvydas Anusauskas və Pentaqonun rəhbəri Lloyd Ostin imzalayıb.
Ağarza Elçinoğlu