Küveytin müdafiə naziri Şeyx Abdullah Əli Əl-Abdullah istefa ərizəsini bu ölkənin baş naziri Şeyx Əhməd Nəvaf əl-Əhməd əl-Sabaha təqdim edib.
"Unikal" xəbər verir ki, bu barədə "Əl-Qabas" qəzeti məlumat dərc edib.
Mənbələr Küveytin müdafiə nazirinin gələn bazar günü bu ölkənin baş naziri ilə görüşəcəyini və istefasının ictimaiyyətə açıqlanaraq həyata keçiriləcəyini açıqlayıb.
Qeyd edək ki, Abdullah Əli Əl-Sabah 2022-ci il oktyabrın 16-da Küveytin müdafiə naziri seçilib.
Küveyt müdafiə nazirinin istefasının səbəbi hələlik açıqlanmayıb.
Ağarza Elçinoğlu