İsrail NATO vasitəsilə Ukraynaya kəşfiyyat yardımını artırıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb İranın Rusiyaya tədarük etdiyi hərbi yardımlar olub.
"İranın pilotsuz təyyarələr tədarükü və Rusiya ilə hərbi əməkdaşlığı genişləndirmək qərarı Tehranın strateji səhvidir və İsrail-NATO münasibətlərinə müsbət töhfə verir", - məlumatda deyilir.
İranın münaqişəyə müdaxiləsindən əvvəl İsrail hökuməti Kiyevə hər hansı hərbi yardım göstərməkdən inadla imtina edib, özünü humanitar yardımla məhdudlaşdırıb.
Ağarza Elçinoğlu