Mərkəzi Afrika Respublikasındakı Rus Evinin rəhbəri Dmitri Sıtoyuya sui-qəsd cəhdi olub.
"Unikal" xəbər verir ki, bu barədə "Mash" teleqram kanalı məlumat yayıb.
Belə ki, anonim göndəricinin paketi onun əlində partlayıb. Dmitri ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Afrika dövlət polisi hadisəni terror aktı hesab edib. Faktla bağlı araşdırma aparılır.
Gülayə Mecid