ABŞ Çinin Tiandi şirkətini İranın İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) müşahidə kameraları satdığına və uyğur müsəlmanlarının sıxışdırılmasındakı roluna görə sanksiya siyahısına salıb.
"Unikal" xəbər verir ki, embarqo Amerika şirkətlərinə bu qrupa avadanlıq satmağı və ixrac etməyi qadağan edir.
Müşahidə sistemləri prosessorunun təchizatçısı kimi ABŞ şirkəti olan Intel-i itirmək Tiandi üçün böyük uğursuzluq hesab olunur.
ABŞ Ticarət Departamenti Çin şirkətini SEPAH-a Amerika hissələri ilə məhsul satmaqda ittiham edib.
Həmçinin, bu bəyanata görə, Tiandi Çində etnik azlıqların sıxışdırılması kampaniyasında təsirli rol oynayır və onun texnologiyalarından uyğurlara, qazaxlara və digər Çin azlıqlarına qarşı istifadə olunur.
Məlumata görə, Tiandi ilə İranın dövlət qurumları arasında müşahidə avadanlığının təmin edilməsi üçün beş illik müqavilə bağlanıb.
Ağarza Elçinoğlu