Hindistanın baş naziri Narendra Modi ilə Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
"Unikal" xəbər verir ki, bu barədə “The Indian Express” məlumat yayıb.
Bildirilir ki, tərəflər Ukraynadakı müharibəni müzakirə ediblər. Modi Putini müharibəni bitirməyin yeganə yolu kimi “dialoq və diplomatiyaya” çağırıb.
"Putinlə söhbət zamanı baş nazir Modi Ukraynada davam edən münaqişənin həllinin yeganə yolu kimi dialoq və diplomatiya çağırışını bir daha təkrarlayıb", - KİV-də qeyd olunub.
Seymur Əli