Türkiyənin İstanbul şəhərində Avropanın ən böyük təbii qaz anbarı fəaliyyətə başlayıb.
"Unikal" xəbər verir ki, açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib.
Bildirilir ki, Silivri adlandırılan anbar 4,6 milyard kubmetr tutuma malikdir. Anbar qış fəslində belə ölkənin qaza olan tələbatının 25 %-ni ödəyə biləcək.
Ərdoğan özünün sosial media hesabında anbarın açılışı münasibətilə Türkiyə xalqını təbrik edib.