Beynəlxalq Futbol Federasiyasının (FİFA) rəhbəri Canni İnfantino bildirib ki, Qətərdə keçirilən dünya çempionatından əldə olunan gəlir 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatından çox olub .
"Unikal" xəbər verir ki, FİFA-nın Qətərdə keçirilən dünya çempionatından əldə etdiyi gəlir 7 milyard avro təşkil edib ki, bu da dörd il əvvəlkindən 1 milyard avro çoxdur.
"Turnirin oyunlarını 3,27 milyon, Rusiyada isə 3,03 milyon tamaşaçı izləyib” - İnfantino bildirib.
Xatırladaq ki, Qətərdə keçirilən dünya çempionatı noyabrın 20-də başlayıb və dekabrın 18-də başa çatacaq. Final oyunu dekabrın 18-də Lusail İkonik stadionunda keçiriləcək. Turnirin əsas oyununda Fransa Argentina ilə qarşılaşacaq .
Yarımfinal görüşündə argentinalılar Xorvatiya millisini 3:0 hesabı ilə məğlub edib. Kapitan Lionel Messi qola , Julian Alvares dubla imza atıb.