"Rusiya prezidenti Vladimir Putin Çeçenistan rəhbəri Ramzan Kadırova Ukrayna lideri Volodimir Zelenskini NVO-nun əvvəlində "aradan götürmək" barədə göstəriş verməyib".

"Unikal" xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov “The Wall Street Journal”da dərc olunan müvafiq məlumatı təkzib edib.

"Bu tam cəfəngiyatdır ”, - Peskov bildirib .

Kadırovun Zelenskini aradan qaldıracağına dair söz-söhbətləri Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Aleksey Danilov yazda Ukrayna radio kanalının efirində səsləndirmişdi . O, Çeçenistan rəhbərinin öz üzərinə öhdəlik götürdüyünü, onun və ya onun qrupunun Ukrayna prezidentini məhv edəcəyini bildirmişdi. Danilov səsləndirdiyi planın icrasının təfərrüatlarını açıqlayıb.

Aprelin əvvəlində Peskov Rusiya hakimiyyətinin Zelenskiyə qarşı sui-qəsd planları barədə xəbərləri təkzib edib .

Bundan əvvəl Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak “ Ukrayinska Pravda”ya müsahibəsində Zelenskinin artıq onun həyatına 10-dan çox cəhddən sağ çıxdığını bildirib.

Gültəkin