Avstriya Ukraynaya enerji infrastrukturunun təcili təmiri üçün 5 milyon avro verəcək.
"Unikal" xəbər verir ki, bu barədə Federal Energetika Nazirliyi məlumat yayıb.
Avstriyanın energetika naziri Leonore Gewessler və vitse-kansler Verner Koqlerin birgə bəyanatında deyilir ki, bu yolla Vyana mülki əhaliyə dəstək verməyi planlaşdırır.
Nazir vəsaitin Kiyevə köçürülməsini Ukraynanın dağılmış infrastrukturunun bərpası üçün zəruri olan həmrəylik aktı adlandırıb.