ABŞ-ın Texas ştatında 5,3 bal gücündə zəlzələ qeydə alınıb.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Yeraltı təkanların episentri 132 mindən çox insanın yaşadığı Midlend şəhərindən 20 km şimal-qərbdə yerləşib.
Zəlzələ yerin 5 km dərinliyində baş verib.