Avropa Komissiyasının Prezidenti Ursula von Der Leyen Rumıniyaya səfər edib.
"Unikal" xəbər verir ki, o, bu barədə "Twitter" səhifəsində paylaşım edib.
"Bu gün mən Cənubi Qafqazla enerji tərəfdaşlığımızı müzakirə etmək üçün Buxarestdəyəm. Bu, Avropaya yaşıl enerji idxalı üçün potensialı zəngin olan yeni başlayan tərəfdaşlıqdır. Bu, ümumi gələcəyimiz üçün etibar edə biləcəyimiz enerjidir", - deyə Aİ rəsmisi qeyd edib.