Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə mütəmadi olaraq vətəndaşlarla görüşür, onların təkliflərini dinləyir, qayğılarını daim diqqət mərkəzində saxlayır.
"Unikal" xəbər verir ki, RİH başçısı Malik İsaqovun növbəti səyyar qəbulu 16 dekabr 2022-ci il tarixində Sumqayıt şəhəri, 76-cı məhəllədə yerləşən Q.Məmmədov adına Qubadlı rayon Yuxarı Mollu kənd tam orta məktəbində keçirilib.
Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, RİH-nin məsul işçiləri, RİHB-nın inzibati ərazi darəsi üzrə nümayəndələri və həmin ərazidə məskunlaşan keçmiş məcburi köçkünlər iştirak edib.
Qəbul zamanı 25 məsələ qaldırılmışdır ki, onlardan 13-ü yerində həll olunmuş, 7-i baxılması üçün nəzarətə götürülmüş, 5-nə isə müvafiq izahat verilmişdir. Səyyar qəbulda sakinlərin arzu və təklifləri həssaslıqla dinlənilib, qaldırdıqları məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib.
Sonda sakinlər 44 günlük Vətən müharibəsində cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun düşməni məhv edib torpaqlarımızı azad etməsinə və azad olunmuş torpaqlarda başlanmış böyük quruculuq işlərinə görə, eləcə də göstərdikləri diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.
Səyyar qəbuldan razı qaldıqlarını bildirən sakinlər həmçinin, məcburi köçkün həyatı yaşadıqları dövrdə problemlərinin həllində köməklik göstərən onlara yaxından dəstək olan eyni zamanda göstərdiyi diqqət və qayğıya görə RİH başçısı Malik İsaqova minnətdarlıqlarını bildirdilər.