Ukraynanın paytaxtı Kiyevdə qarşıdan gələn 25 dekabr Milad və Yeni il şənlikləri üçün 12 metr hündürlüyündə süni yolka quraşdırılıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko məlumat yayıb.
Onun sözlərinə görə, ağacın aşağı hissəsi Ukraynanı dəstəkləyən ölkələrin bayraqları ilə bəzədiləcək.