Kosovo polisi serblərin Kosovonun şimalındakı Zveçan bələdiyyəsində yeni barrikada qurduğunu açıqlayıb.
"Unikal" xəbər verir ki, Kosovo polisi tərəfindən edilən şərhdə, "Zveçana gedən Berxhane məhəlləsində, vətəndaşların həyatını çətinləşdirən hərəkət azadlığının qarşısının alınmasına davam etmək üçün gecə saatlarında yeni bir barrikada qurulub", - deyə qeyd olunub.
Bəyanatda barrikadaların qurulması ilə hərəkət azadlığının pozulduğu vurğulanıb.