Amerika Birləşmiş Ştatları Rusiya Baş Qərargah rəisi Valeri Gerasimovun Ukraynada döyüş bölgəsinə səfəri zamanı Ukraynanın öldürülməsinə mane olub.
"Unikal" xəbər verir ki, bu barədə “The New York Times” qəzetinin Putinin Ukraynadakı müharibəsi ilə bağlı araşdırmasında qeyd edilib.
Nəşr bildirir ki, ABŞ rəsmiləri general Valeri Gerasimovun cəbhə bölgəsinə səfər etməyi planlaşdırdığını öyrənib, lakin onun həyatına qəsdin ABŞ və Rusiya arasında müharibəyə səbəb ola biləcəyindən ehtiyat edərək bu məlumatı ukraynalılardan gizlədib.
Bununla belə, Ukrayna tərəfi səfərdən xəbər tutub. Daxili müzakirələrdən sonra Vaşinqton təcili addım ataraq Ukraynadan hücumu dayandırmağı xahiş edib.
ABŞ-ın yüksək rütbəli rəsmisi “Biz onlara bunu etməməyi söylədik. Amma onlardan mesaj çox gec gəldi" - deyə nəşrə müsahibəsində deyib.
Rəsminin sözlərinə görə, Ukrayna hərbçiləri amerikalılara həmin zaman artıq generalın mövqeyinə hücuma başladığını açıqlayıblar. Zərbə zamanı onlarla rusiyalı hərbçi həlak olub.
Lakin ölənlər arasında general Gerasimov olmayıb.
Bundan sonra rus hərbi rəhbərləri cəbhəyə səfərlərini azaldıblar.
Gülayə Mecid