Ukraynanın Xarkov, Dnepropetrovsk, Poltava, Sumı vilayətlərində, eləcə də Kiyev hakimiyyətinin nəzarətində olan Zaporojye vilayətinin bir hissəsində hava xəbərdarlığı elan edilib.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri məlumat yayıb.
Bundan əlavə Xarkov və Poltava şəhərlərindfə işıq enerjisi tamamilə kəsilib. Kiyevdə metro dayanıb, şəhər sakinləri ondan sığınacaq kimi istifadə edirlər. Ukrayna prezidentinin ofisi ölkə ərazisində fövqəladə elektrik enerjisinin kəsilməsini elan edib.