Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns hesab edir ki, Rusiyanın Ukraynaya təcavüzü, onun ilkin planının iflasa uğraması və sonrakı nüvə ritorikası Çin Xalq Respublikasının lideri Si Cinpinin narahatlığına səbəb olub.
"Unikal" xəbər verir ki, bu barədə o, "Amerikanın səsi"nə danışıb.
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru çıxışı zamanı “Heç bir xarici liderin Tayvanda və başqa yerlərdə öz ambisiyaları haqqında düşünərkən bu müharibəyə və Rusiyanın zəif hərbi göstəricilərinə Si Cinpinqdən daha çox diqqət yetirdiyini düşünmürəm”,-deyib.
Onun sözlərinə görə, "Çin rəhbərliyinin Ukraynadakı müharibəyə reaksiyasını izləmək maraqlı idi", çünki Ukraynaya işğalın başlamasına bir neçə həftə qalmış Rusiya prezidenti Vladimir Putin və Çin prezidenti Si Cinpin Qış Olimpiya Oyunlarında görüşüblər.