Meksika ordusunun polkovniki Grimaldo Munoz narkotik karteli tərəfindən qaçırılıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Meksika ordusu məlumat yayıb.
Bildirilir ki, ölkənin şimal sərhədindəki Nuevo Laredo şəhərində bir dəstəyə komandirlik edən polkovnik Xalisko ştatında tətildə olarkən hücuma məruz qalıb.
Narkotik karteli tərəfindən qaçırıldığını bildirilən Munozun axtarışları davam edir.
Qeyd edək ki, bu son bir ayda Meksika ordusunun zabitinə ikinci kartel hücumudur.