Şimali Koreya bazar günü növbəti ballistik raket buraxılışını həyata keçirib.
"Unikal" Yonhap agentliyinə istinadən xəbər verir ki, buraxılış Pxenyanın 3 gün əvvəl bərk yanacaqlı mühərrik layihələndirməsinə dair xəbərindən sonra reallaşıb.
Cənubi Koreya rəsmiləri bildirir ki, sanksiyalara rəğmən KXDR raket arsenalını təkmilləşdirməyi bacarıb.