Dünya çempionatının final matçını izləmək üçün Qətərə gedən Burak Özçivit böyük maraqla qarşılanıb.
"Unikal" xəbər verir ki, Özçivit mühafizəçilər arasında çətinliklə yeriyib.
Burak Özçivit Adelali Binəlinin dəvəti ilə Dünya Kuboku matçını izləmək üçün Qətərə gedib. Məşhur aktyor böyük maraqla qarşılanıb.
Həmin anlar sosial şəbəkədə paylaşılıb.
Digər tərəfdən Özçivit yarışmadan əvvəl Oskarlı aktyor Kevin Spacey ilə görüşüb. Burak Özçivit təqib ittihamları ilə Hollivud tərəfindən kənarlaşdırılan Spacey ilə fotolarını paylaşıb.
Özçivitin həyat yoldaşı Fahriye Evcen də ürək emojisi ilə şərh verib.
Ancaq izləyiciləri Özçivitə sərt reaksiya verəndən sonra o, Spacey ilə fotolarını silib. Daha sonra açıqlama verən məşhur aktrisa, "Belə həssas və kədərli bir mövzunu sonradan öyrəndim. Bundan çox üzüldüm və dərhal lazım olanı etdim. Bildirmək istərdim ki, bunun qəti əleyhinəyəm. Bu həssaslıq bu günə qədər belə idi. Gələcəkdə də belə olacaq. Hörmətlə” sözlərini qeyd edib.