Bu gün Qətərdə keçirilən dünya çempionatının final oyunu Argentina millisinin kapitanı Lionel Messi üçün dünya çempionatında çıxış etdiyi karyerasında 26-cı olub. Beləliklə, o, bu səviyyəli turnirlərdə 25 matçı olan alman futbolçu Lotar Matteusu keçib.
"Unikal" xəbər verir ki, Messi üçün bu dünya çempionatı onun karyerasında beşinci və sonuncu olub. Hücumçu dünya çempionatında debütünü 2006-cı ildə Serbiya və Monteneqro yığmasına qarşı oyunda edib. 2014-cü ildə Argentina millisinin tərkibində turnirin gümüş mükafatçısı olub. Ümumilikdə o, millidə 171 oyun keçirib və 96 qol vurub.
Lionel Messi cari turnirin beş oyununda dörd qol vurub və iki məhsuldar ötürmə edib.