Ukrayna prezidenti Volodimir Zelenski ölkəsində Rusiyaya qarşı davam edən müharibədə hazırda Donetsk vilayətində cəbhə xəttində olan Baxmut şəhərinin müdafiəsinin onlar üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, o, bu barədə "Telegram" kanalında paylaşım edib.
Zelenski paylaşımında Rusiya ilə Ukrayna arasında 10 aydır davam edən müharibə ilə bağlı hadisələri dəyərləndirib.
Rusiya ordusunun xüsusilə Donetsk vilayətinin Baxmut şəhərini ələ keçirmək üçün şiddətli hücumlarını davam etdirdiyinə diqqət çəkən Zelenski, “Baxmutun istiqaməti mühüm əhəmiyyət kəsb edir. Şəhər bizim nəzarətimiz altındadır, lakin işğalçılar orada heç bir divarın bütöv qalmaması üçün əllərindən gələni edirlər”, - deyə ifadə edib.
Gülayə Mecid