Cəmi 45 gün Böyük Britaniyanın Baş naziri postunu tutan Liz Trass barəsində sensasion iddialar səslənib.
"Unikal" "The Guardian" qəzetinə istinadən xəbər verir ki, keçmiş hökumət başçısının evində narkotik maddələr aşkarlanıb.
Belə ki, qəzetə danışan təmizlik işçiləri evdə narkotik qalığına bənzəyən ağ toza rast gəldiklərini bildiriblər. Narkotik qalıqlarının bilyard stollarında tapıldığını iddia edən işçilər Conson dövründə də belə bir halla üzləşdiklərini bildiriblər.
Hadisədən sonra "The Guardian"a danışan Liz Trassın sözçüsü iddiaların əsassız olduğunu vurğulayıb.
Gülayə Mecid