Ermənistanın Baş naziri Nikol Paşinyanın rəhbərliyi ilə Təhlükəsizlik Şurasının növbəti iclası keçirilib.
"Unikal" erməni KİV-ə istinadən xəbər verir ki, Təhlükəsizlik Şurasının növbəti sessiyasında geniş spektrli məsələlər, o cümlədən regionda yaranmış hərbi-siyasi vəziyyət müzakirə olunub.
İclasda TŞ-nin daimi üzvləri ilə yanaşı, Ermənistan Prezidenti Vaaqn Xaçaturyan, parlamentin spikeri Alen Simonyan və bir neçə hökumət nümayəndələri də iştirak edib.