Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zas bu gün təşkilatın Ermənistan-Azərbaycan sərhədinə missiya göndərməyə hazır olduğunu açıqlayıb.
"Unikal" xəbər verir ki, Zasın sözlərinə görə, belə bir missiyanın göndərilməsi təklifi KTMT -nin sonuncu sammiti zamanı yayılan təkliflər siyahısına daxil edilib.
“Əgər Ermənistan altı bəndlik tədbirlər paketi ilə bağlı və ya ayrı-ayrı bəndlər üzrə, o cümlədən missiyanın işə salınması ilə bağlı qərar qəbul etməyi məqsədəuyğun hesab edərsə, bu, kifayət qədər operativ şəkildə təşkil oluna bilər”, - Zas bildirib.
O, qeyd edib ki, alyansın İrəvan təklifləri ilə bağlı planları qüvvədə qalır.
Gültəkin Ələsgər