Polis aktyor Robert De Nironun Nyu Yorkdakı evini soymağa cəhd edən 30 yaşlı qızı saxlayıb.
"Unikal" xəbər verir ki, bu barədə TMZ nəşri hüquq-mühafizə orqanlarına yaxın mənbə bildirib.
KİV-in məlumatına görə, təcavüzkar dekabrın 19-da səhər saat 3:30-da De Nironun evinə gedib. O, ağacın altında olan Milad hədiyyələrini oğurlamağa çalışsa da, aktyor həmin an evdə ailəsi ilə birlikdə olduğu üçün vəziyyəti yoxlamaq üçün aşağı düşüb. Cinayətkarı tapan De Niro polisə zəng vurub, polis qızı saxlayıb. KİV-in məlumatına görə, hücum edən şəxs oxşar cinayətlərdə ilk dəfə tutulmur.