Liviyada məhkəmə 17 nəfəri "İslam Dövləti" qruplaşmasına qoşulmaqda və onun adından cinayət törətməkdə təqsirli bilib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Tripoli məhkəməsi həmin şəxslər barəsində ölüm hökmü çıxardıb.
Bildirilir ki, onlar İD-yə aid digər hərəkətlərdə və “dövlət və ictimai sülhə” qarşı hücumlarda, həmçinin qərbdəki Sabratha şəhəri və onun ətraflarında “silahlı zorakılıq”da təqsirli biliniblər.
Həmçinin, məhkumlar 53 nəfərin ölümündə təqsirli biliniblər.
Seymur Əli